Onlayn ictimai-siyasi qəzet
Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko türkiyəli həmkarı Burhanəddin Duranı Rusiya Prezidenti Vladimir Putinin KXDR və Vyetnama səfərinin nəticələri barədə məlumatlandırıb.
"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilib.
Tərəflər arasında görüş Asiya Əməkdaşlıq Dialoqunda iştirak edən ölkələrin xarici işlər nazirlərinin müşavirəsi çərçivəsində baş tutub.
“Türkiyə tərəfinin xahişi ilə biz tərəfdaşlarımızı Rusiya Federasiyasının Prezidenti Putinin KXDR və Vyetnama səfərinin əsas nəticələri, habelə Rusiya liderinin iyunun 14-də Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə Avrasiya təhlükəsizliyi sahəsində irəli sürülən təşəbbüsünün məzmunu barədə məlumatlandırdıq”, - Rusiyanın xarici siyasət idarəsi bildirib.
“Asiya-Sakit okean regionunda inkişaf edən proseslərə dair faydalı fikir mübadiləsi və qiymətləndirmələr aparılıb”, - nazirlik əlavə edib.
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ