İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya xarici kəşfiyyat xidmətinin rəisi Ankarada... - Şok iddia

Bu gün Türkiyənin paytaxtı Ankarada Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar aparılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Nəşrin iddiasına görə, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Rusiya tərəfdən Ankaraya gedib.

Görüş barədə əvvəlcədən ictimaiyyət açıqlama verilməyib. Mənbə hələlik danışıqların təfərrüatlarını açıqlamaqdan imtina edir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Ankara danışıqları ilə bağlı məlumatı nə təsdiq, nə də təkzib edə bilər.

Rusiya və Amerika nümayəndə heyətləri sonuncu dəfə bu il yanvarın 10-da Cenevrədə təhlükəsizlik təminatlarına dair danışıqlar üçün bir araya gəliblər. Yanvar danışıqları prosesinin praktiki nəticələrinin olmaması Ukrayna-Rusiya müharibəsi ilə əlaqələndirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR