İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya “vurarıq” dedi, ABŞ ciddiyə almadı! - Ukraynadakı hədəfləri bir-bir məhv etdilər

Rusiya xarici işlər naziri Lavrovun “vuracağıq” təhdidinə baxmayaraq, Ukraynaya nəhəng yardım paketi göndərən ABŞ Moskva rəhbərliyini qəzəbləndirib.

Musavat.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Ukraynanın istifadə etdiyi ABŞ istehsalı olan HİMARS-ın vurulduğu və içərisində M777 Howitzer mərmilərinin olduğu böyük bir sursat anbarının məhv edildiyi açıqlanıb.

Minlərlə insanın həyatına son qoyan Rusiya-Ukrayna müharibəsi tam sürətlə davam edir. Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə yanaşı, Kiyevi silahla da təmin edir. ABŞ silah yardımında ən böyük paya malikdir. Vaşinqton administrasiyası müharibə başlayandan bəri ölkəyə milyardlarla dollarlıq silah göndərib. Ukraynanın bir çox hücumları bu silahlarla həyata keçirilir. Rusiya isə yardımların qarşısını almaq üçün hər fürsətdə Qərbə xəbərdarlıq edir.

lavrov-un-vururuz-tehdidini-ciddiye-almayan-abd-15219556_9292_m.jpg (43 KB)

Son xəbərdarlığı Rusiyanın xarici işlər naziri Sergey Lavrov edib. Qərbin Ukraynaya silah verməklə Rusiya ilə də müharibəyə girdiyini deyən Lavrov Rusiyanın bu silahları hədəf alacağını bəyan etmişdi. Rusiyalı nazir “Bu silahlar xüsusi missiya altında fəaliyyət göstərən Rusiya ordusu üçün qanuni hədəf olacaq”, -deyə bildirmişdi.

Bu xəbərdarlıqlara baxmayaraq, ABŞ bu yaxınlarda yeni 3 milyard dollarlıq silah yardımı elan edib və Rusiya buna cavab verib.

Əl-Cəzirə telekanalında yer alan xəbərə görə, Rusiya Müdafiə Nazirliyi ABŞ istehsalı olan HIMARS-ların hədəf alındığını açıqlayıb. Açıqlamada Ukraynanın Dnepropetrovsk vilayətində ABŞ istehsalı olan HIMARS raket sistemləri və M777 Haubitsa mərmilərinin olduğu böyük sursat anbarının məhv edildiyi bildirilib.

Rusiya hakimiyyəti həmçinin Donetsk vilayətində MiQ-29 təyyarəsini vurduğunu, Donetsk, Nikolayev və Xerson vilayətlərində 6 raket və artilleriya arsenalının məhv edildiyini də açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR