İnsanlara hürriyət, millətlərə istiqlal!

"Rusiya və Ukrayna qış atəşkəsi ilə bağlı razılaşıb..."

“Tarix yenidən yazılır. Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) toplantısı keçirildi. Mühüm qərarlar alındı”.

Konkret.az xəbər verir ki, bunu türkiyəli yazar, strateji araşdırmaçı Abdullah Çiftçi deyib.

O, bufəfəki çıxışını “Türkiyə Orta Asiyadakı oyunu dəyişdirə biləcəkmi?” sualı ətrafında edib. Bu bölgədə isə Rusiya, Çin, Avropa və ABŞ-ın da maraqları var:

“ABŞ və Avropada inflyasiya çalxalanmaları yaşanır. Lakin köhnə qitədəki vəziyyət daha acınacaqlıdır”.

Bütün bu iqtisadi geriləmələrdə səbəb kimi Ukraynadakı savaş və Rusiyaya tətbiq olunan sanksiyaların payı az deyil:

“Əslində Rusiya və Ukrayna qış atəşkəsi ilə bağlı razılaşıb. Sadəcə hər iki tərəf sülhməramlı kimi türk hərbçilərinə razılaşıblar. Amma Türkiyə buna müsbət cavab verməyib. Mövlud Çavuşoğlunun da dediyi kimi, bu müharibənin sona çatmasını istəməyən qüvvələr var. Türkiyənin sülhməramlılığı və bu vaxt ərzində tərəflərdən birinin hücumu Ankaranın neytrallıq statusunu pozacaq. Yəni ya rus, ya da ukraynalının atəşi nəticəsində türk əsgəri yaralanar, şəhid olarsa, bu, Türkiyəyə hücum anlamı daşıyır”.

Əsrlər boyu türklərlə çinlilərin savaşdığına diqqət çəkən strateji araşdırmaçı Səmərqəndi türklər üçün mənəvi paytaxt adlandırıb. Bu il Səmərqənddə MDB-yə üzv dövlətlərin, Şanxay Əməkdaşlıq Təşkilatının toplantılarının toplantılarının da keçirildiyini deyən Abdullah Çiftçi Ağ Ev və Londonun da Orta Asiya uğrunda mübarizəyə qoşulduğunu qeyd edib. Türküstanda gözü olan bütün güclər TDT-yə paralel fəaliyyətə başlayıblar. Lakin Rusiya faktoru da zəif deyil. Çünki:

-Orta Asiya dövlətləri MDB-yə üzv, ya da müşahidəçi qismindədirlər;

-KTMT-yə üzv, ya da əməkdaşlıq edirlər;

-Avrasiya İttifaqı ilə sıx əlaqədədirlər.

Bir sözlə, Rusiya Orta Asiyanın siyasət, ordu və iqtisadiyyat sferalarında öz yerini “paduşka”layıb və rahat oturub. Bunun isə səbəbi hamıya bəllidir. Çünki region Çar Rusiyası və SSRİ işğalında olub. Amma hazırda türklərin öz aralarındakı inteqrasiyası diqqət mərkəzindədir ki, 1992-ci ildən başlayan bu təşkilatlanma nə ilə nəticələnəcək. Hazırda Orta Asiya ölkələri ilə Rusiya (36 milyard dollar) və Çinin (34 milyard dollar) ticarət dövriyyəsi daha çoxdur. Rəqabətləri də nəzərə çarpacaq qədərdir, lakin Türkiyənin 2040 proqramı daha maraqlıdır. Çünki 17 il ərzində türk dövlətlərilə hər sahəni əhatə edən əməkdaşlıq və inteqrasiya planlaşdırılıb.

TDT siyasi, iqtisadi, hərbi, mədəni, dini və s. sahələri əhatə etdikcə MDB, Avrasiya İttifaqı, KTMT, elə ŞƏT-ə də ehtiyac qalmayacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR