İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya valyuta bazarının yuandan asılılığı artıb

Aprel ayında Rusiya valyuta bazarında Çin valyutası olan yuanın payı tarixi maksimuma çataraq 53,4 faiz təşkil edib.

Musavat.com Rusiya Mərkəzi Bankına istinadən xəbər verir ki, bazarda dollar-avro cütlüyünün payı 0,4 faiz bəndi azalaraq 46 faiz olub.

Tənzimləyici bildirir ki, birjalardan fərqli olaraq yuanın birjadankənar ticarətdə payı 1,7 faiz bəndi azalaraq 37,9 faizə (martda - 39,6 faiz) düşüb. “Zəhərli” valyutaların payı isə əksinə, 2,5 faiz bəndi artaraq 57,2 faizə çatıb.

Qeyd edək ki, artıq çox sayda Rusiya eksperti ölkə ixracı və idxalının, valyuta bazarının Çinə, Çin valyutasına doğru istiqamətlənməsinin yaradacağı təhlükələrdən bəhs etməyə başlayıb. Onların fikrincə, iqtisadiyyatın bir ölkədən asılı vəziyyətə gəlməsi ölkə üçün böyük təhdidlər formalaşdırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Dekabr 2024

30 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR