İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya-Ukrayna müharibəsindən dönən keçmiş məhkum 13 yaşlı qızı zorlayaraq öldürdü  

Rusiyada əfv edilmiş və əvvəllər qətl və təcavüz cinayətləri ilə məhkum olunmuş bir şəxs, "xüsusi hərbi əməliyyat" (Rusların Ukraynadakı işğalçı müharibəyə qoyduqları ad-red.) çərçivəsində Ukraynada döyüşdükdən sonra Tver vilayətinə qayıdaraq dəhşətli bir cinayətə imza atıb. O, 13 yaşlı məktəbli qızı zorlayıb, boğub öldürüb.

Hadisə barədə məlumat ilk olaraq müstəqil ASTRA nəşri tərəfindən üzə çıxarılıb. Onların araşdırmasına əsasən, cinayəti törədən şəxs Rusiya ordusuna könüllü qoşulub, Ukraynada xidmətinə görə dövlət səviyyəsində əfv edilib. Lakin bu şəxs azadlığa buraxıldıqdan sonra cəmiyyət üçün real təhlükə yaratmağa davam edib.

Məlumata görə, yerli hakimiyyət və dövlətə bağlı KİV-lər bu məlumatı ictimaiyyətdən gizlətməyə çalışıblar. Cinayətkarın hərbi keçmişi və Putinin fərmanı ilə əfv edilməsi rəsmi qaynaqlarda qeyd olunmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR