İnsanlara hürriyət, millətlərə istiqlal!

"Rusiya-Ukrayna arasında sülh yalnız Türkiyə liderinin səyləri nəticəsində olacaq”-Deputat

 

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.

Türkiyə Prezidenti Ukrayna və Rusiyanın dövlət başçılarını bir araya gətirmək və bu görüşə ev sahibliyi etmək istəyini bir daha həmkarlarının diqqətinə çatdırıb.

“Krım və Donbas məsələsində bir addımın atılması üçün bunu ən yüksək səviyyədə liderlərlə müzakirə edirik. Bu məsələ ilə bağlı danışıqlara ev sahibliyi edəcəyimizi də tərəflərə bildirdik”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. “Volodimir Zelenskinin müsbət yanaşması var, Vladimir Putin də buna müsbət yanaşırdı. Ümid edirəm ki, bugünkü telefon danışığı ilə İstanbulda liderlər zirvəsini gerçəkləşdirmək məsələsində nəticə əldə edə biləcəyik”, - o bildirib.

Bəs, bu formatda görüş baş tutsa, müharibənin taleyində nə kimi dönüş ola bilər? Türkiyə müharibənin bitməsində, sülhün əldə edilməsində çox maraqlıdır. Ərdoğan bu ağır və lazımlı missiyanmın öhdəsindən gələ biləcəkmi?

Deputat Hikmət Babaoğlu Musavat.com-a bildirdi ki, savaşın dayandırılmasında qardaş Türkiyənin davamlı səylər göstərməsi təqdirolunandır: “Rusiyanın Ukraynada xüsusi əməliyyatlar başlatdığı ilk gündən bəri qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan diplomatiyanın və siyasətin bütün ənənəvi və ekstaordinar imkanlarını səfərbər edərək müharibənin dayandırılması üçün cəmimi səylər göstərir. Bu, sözün əsl mənasında strateji əzmkarlıqdır və bütün sülhsevər insanlarda rəğbət yaradır. Elə Ərdoğanın Ukrayna və Rusiya prezidentləri ilə son telefon danışığı da bu xoşməramlı cəhdlərdən biri kimi qiymətləndirilməlidir. Ancaq şübhəsiz ki, məsələnin mahiyyəti elə də sadə deyil. İbn Haldun deyir ki, coğrafiya xalqların qədəridir. İş ondadır ki, Rusiya və Ukrayna arasında gedən amansız müharibə bizim də qədərimiz olan ortaq coğrafiyamızda baş verir. Ona görə də müharibənin nəticələri nə olursa-olsun mütləq ciddi geostrateji dəyişiklik yaradacaq və bu da birbaşa şəkildə Türkiyəyə bu və ya digər dərəcədə təsir göstərəcək. Özü də siyasi, iqtisadi, mədəni, humanitar və sair olmaqla bütün sferalarda”.

Bu baxımdan H.Babaoğlu hesab edir ki, Türkiyənin fəallığı son dərəcə başadüşülən və aydındır: “Çünki hər hansı bir regionda baş verən dağıdıcı müharibə heç bir formada həmin regiona sabitlik, inkişaf və rifah gətirmir. Qardaş ölkənin prezidenti dərin siyasi təcrübəyə malik olan dövlət adamı və artıq milli sərhədləri çoxdan aşan fövqəladə siyasi lider kimi bütün bunları görür, nəticələrini proqnozlaşdır və daha pis ssenarilərdən yayınmaq üçün tərəfləri ortaq mövqeyə gətirməyə çalışır”. Deputat mühüm faktora diqqət çəkdi: “Məsələ həm də ondadır ki, Türkiyə prezidentinin həyata keçirdiyi missiyanı reallaşdıra biləcək ikinci lider dünyada yoxdur. Əgər Rusiya və Ukrayna arasında sülh əldə etmək mümkün olacaqsa bu, yalnız Türkiyə kimi böyük dövlətin və onun liderinin səyləri nəticəsində olacaq. Həm də ona görə ki, hazırki şəraitdə müharibə edən hər iki dövlət yalnız Türkiyəyə etimad və ehtiram göstərir. Belə olan halda sülhün əldə olunması üçün ən uğurlu vasitəçi də elə qardaş Türkiyədir. Ona görə də inanmaq istəyirik ki, Ərdoğan bu çətin və tarixi missiyanın öhdəsindən gələ biləcək”.

Politoloq İlyas Hüseynov  da Ankaranın rolunu yüksək qiymətləndirir: “Türkiyə uzun müddətdir ki, Rusiya və Ukrayna arasında barışığın əldə olunmasına çalışır. Türkiyə bütün səviyyədə qurduğu təmaslarla Qara dəniz bölgəsində həmsərhəd olduğu dövlətlərdə sülh, təhlükəsizlik və sabitlik qurulmasında maraqlıdır. Qardaş ölkə müharibənin bitməsi və sülhün əldə edilməsi istiqamətində bütün diplomatik resurslarından istifadə edir. Bu xüsusda Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında görüşün keçirilməsi ilə bağlı təşəbbüsləri ortadadır. Antalya Diplomatik Forumunda Rusiya və Ukrayna XİN rəhbərləri arasında görüşün keçirilməsi Türkiyə diplomatiyasının nüfuzuna işlədi. Lavrov-Kuleba görüşündən sonra 28 mart tarixində İstanbulda Rusiya-Ukrayna nümayəndə heyətlərinin görüşü müsbət nəticələrlə yadda qaldı. Görüşdən öncə R.T.Ərdoğanın çıxışı müdrik siyasətçi və regionun gələcəyi haqqında düşünən praqmatik lider olduğunu nümayiş etdirdi”.

İ.Hüseynov bir məsələyə də diqqət yetirilməsini vacib sayır: “Nəzərə almaq lazımdır ki, Rusiya-Ukrayna müharibəsi bütün Avropanın təhlükəsizlik arxitekturasını sarsıtmaqla yanaşı, II Dünya Müharibəsindən sonra genişmiqyaslı xarakteri və qütbləşmə meyilləri ilə paralellik təşkil edir. Münaqişənin digər geosiyasi areallara yayılmaması üçün operativ hərəkət etməyə ehtiyac vardır. Buna görə də Türkiyənin strateqləri yeni dünya nizamında yer almağa çalışmaqla bərabər, Türkiyə Prezidenti Ukrayna və Rusiyanın dövlət başçılarını bir araya gətirmək və bu görüşə ev sahibliyi etmək istədiklərini ifadə edirlər. Ali səviyyədə görüşün keçirilməsi rəsmi Ankaranın nüfuzunu bir qədər də artırar. Digər tərəfdən, XİN rəhbərləri və Rusiya-Ukrayna nümayəndə həyətləri arasında görüşün keçirilməsinin özü də göstərir ki, növbəti mərhələdə Rusiya və Ukrayna prezidentləri arasında danışıqların növbəti raundu yaxınlaşır. Putin-Zelenski görüşü isə sadəcə dialoqla kifayətlənməyərək, hər hansısa sənədin imzalanması ilə bitməlidir”. Politoloq hesab edir ki, bunun üçün yaxşı mövqe yaxınlaşması yaranıb: “Ukraynanın neytrallıq status və nüvəsiz dövlət olması istiqamətində yaranan konsensusu hüquqi müstəvidə bərkitmək mümkündür. Bu istiqamətdə Türkiyənin XİN rəhbəri və Mövlud Çavuşoğlu və R.T.Ərdoğanın sözcüsü İbrahim Kalın fəaliyyətlərini səfərbər edərək Türkiyə diplomatiyasının beynəlxalq nüfuzunu artıra və dünya miqyasında aktyor olduğunu nümayiş etdirə bilərlər”.

Yazı çapa hazırlanarkən Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqların davam etdiriləcəyi xəbəri yayıldı. Qeyd edək ki, danışıqların ötən raundunda irəli sürülən təkliflərin liderlərə çatrırılması üçün taym-aut götürülmüşdü. TASS xəbər yayıb ki, tərəflər videokonfrans formatda müzakirələr aparacaqlar. Eyni zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Valdimir Putin arasında telefon danışığının olacağı haqda “TRThaber” məlumat yayıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov liderlər arasında telefon danışığı olacağını təsdiqləyib.

Bundan əvvəl də R.T.Ərdoğan hər iki ölkənin liderlərinin bir araya gətirilməsi istiqamətində səylərin artırıldığını söyləmişdi. Həm Putin, həm Zelenskinin Ərdoğana simpatiyası bu görüşün keçiriləcəyinə şübhə yeri qoymur. Həm də sülhün alternativi fəlakətlər vəd edir, bunu hər iki tərəf yaxşı anlayır...

P. S.  "Cənab Zelenskinin görüş təklifinə münasibəti müsbətdir, cənab Putin də görüşə müsbət baxırdı.”

Avropa.info xəbər verir ki, bunu İstanbulun Üsküdür rayonundakı Həzrəti Əli məscidində cümə namazından sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə deyib. Ərdoğan, İstanbulda Putin və Zelenski arasında görüş keçirilə biləcəyini qeyd edib.

"Dünən bizim cənab Zelenski ilə telefon danışığımız oldu. Bu gün saat 16:00 radələrində Putinlə danışacağıq. Hər iki liderlə telefon danışıqlarında, öncə nümayənlərlər arasındakı görüşlərdən əldə olunan bir razılığın olduğunu, bunun ardının artıq liderlər səvəyyəsində davam etdirilməsini, xüsusilə də Kırım və Donbas nöqtəsində bir addımın atılması üçün ən üst səviyyədə görüşün keçirilməsini və bu görüşə ev sahibliyi edə biləcəyimizi söylədik. Cənab Zelenski bu təklifə müsbət yanaşır. Cənab Putinin də daha öncəki danışıqlarımızda müsbət yanaşdığı məlum idi.

Təmənni edirəm ki, bu günki telefon danışığımızla buna nail olabilək. Yəni tarix olaraq nə zaman keçirilə bilər bunu onlar müəyyən edəcək. İstanbulumuzda belə bir liderlər zirvəsini gerçəkləşdirə bilərik. Bunun nəticəsində də İnşallah bu mənfi tendensiyanın müsbətə çevrilməsi qərarını iki liderlə reallaşdıra bilsək, Türkiyə olaraq təbii ki, buna çox sevinəcəyik", - deyə Ərdoğan qeyd edib.

Cənab Zelenskinin görüş təklifinə münasibəti müsbətdir, cənab Putin də görüşə müsbət baxırdı.”
Avropa. info xəbər verir ki, bunu İstanbulun Üsküdür rayonundakı Həzrəti Əli məscidində cümə namazından sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə deyib. Ərdoğan, İstanbulda Putin və Zelenski arasında görüş keçirilə biləcəyini qeyd edib.

"Dünən bizim cənab Zelenski ilə telefon danışığımız oldu. Bu gün saat 16:00 radələrində Putinlə danışacağıq. Hər iki liderlə telefon danışıqlarında, öncə nümayənlərlər arasındakı görüşlərdən əldə olunan bir razılığın olduğunu, bunun ardının artıq liderlər səvəyyəsində davam etdirilməsini, xüsusilə də Kırım və Donbas nöqtəsində bir addımın atılması üçün ən üst səviyyədə görüşün keçirilməsini və bu görüşə ev sahibliyi edə biləcəyimizi söylədik. Cənab Zelenski bu təklifə müsbət yanaşır. Cənab Putinin də daha öncəki danışıqlarımızda müsbət yanaşdığı məlum idi.

Təmənni edirəm ki, bu günki telefon danışığımızla buna nail olabilək. Yəni tarix olaraq nə zaman keçirilə bilər bunu onlar müəyyən edəcək. İstanbulumuzda belə bir liderlər zirvəsini gerçəkləşdirə bilərik. Bunun nəticəsində də İnşallah bu mənfi tendensiyanın müsbətə çevrilməsi qərarını iki liderlə reallaşdıra bilsək, Türkiyə olaraq təbii ki, buna çox sevinəcəyik", - deyə Ərdoğan qeyd edib.

E.Paşasoy,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR