İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya UEFA-dan ayrılır? - Qərar dekabrın 27-də ELAN OLUNACAQ

Rusiya Futbol Federasiyası UEFA-nı tərk edərək Asiya Futbol Konfederasiyasına keçmək qərarını dekabrın 27-nə qədər təxirə saldığını açıqlayıb.

Musavat.com xəbər verir ki, Ukraynanın işğalı ilə əlaqədar Rusiya millisi və Rusiya komandaları UEFA-nın təşkilatlarında iştirakdan uzaqlaşdırılıb.

Qadağanın qısa müddətdə aradan qaldırılmayacağına əmin olan Rusiya vaxt itirməmək üçün UEFA-dan ayrılıb Asiya Futbol Konfederasiyasına keçməyi düşünürdü. Rusiya Futbol Federasiyası bu məsələ ilə bağlı qərar vermə prosesini dekabrın 27-dək təxirə saldığını açıqlayıb.

Qeyd edək ki, qadağa zamanı Rusiya millisi Qırğızıstan, Tacikistan və Özbəkistanla bir yoldaşlıq oyunu keçirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR