İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya təyyarəsi Bakıya məcburi eniş etdi

"Aeroflot" aviaşirkətinin Moskva (SVO) - Dubay marşrutu üzrə uçuş yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib.

Musavat.com xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, buna səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub:

"Boeing 737-800" təyyarəsi yerli vaxtla saat 06:27-də hava limanına uğurla eniş edib. Sərnişinə operativ şəkildə zəruri tibbi yardım göstərilib.

Qeyd edək ki, fövqəladə hallara operativ reaksiya göstərmək və sərnişinlərin, ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportunda mütəmadi hazırlıq təlimləri keçirilir".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR