İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya təyyarələri ilə uçmaq pilotlar üçün böyük təhlükəyə çevrilib - ŞOK STATİSTİKA

İşğalın başlamasından sonra Rusiya hərbi təyyarələrinin qeyri-döyüş itkiləri artıb. Lakin dövlət mediası bu qəzalarda ölənlərin statistikasını gizlətməyə çalışır.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bu gün Yeysk yaxınlığında (Krasnodar diyarı) “Su-25” hücum təyyarəsi dənizə düşüb. Pilot katapultla havaya qalxsa da, suda boğularaq ölüb.

Məlumata görə, Hava-Kosmik Qüvvələri son 3,5 il ərzində hərbi əməliyyatlarla bağlı olmayan şəraitdə çoxlu təyyarə itirib. Məlum olub ki, Rusiyada müharibə başlayandan sonra Müdafiə Nazirliyinin təyyarələri və helikopterləri ilə bağlı insidentlərin sayı həddən artıq artıb.

2020 - 3 qəza
2021 - 6 qəza.

Məsələn, avqustun 17-də yeni “İl-112V” hərbi-nəqliyyat təyyarəsinin prototipi Moskva vilayətində qəzaya uğrayıb və hər üç ekipaj üzvü həlak olub. Sentyabrın 22-də “uçuşlar üçün yerüstü radiotexniki təminat vasitələrini” yoxlayan “An-26” təyyarəsi Xabarovsk diyarında Xrebtovaya dağına çırpılıb.

2022 - 10 qəza. Qurbanların əksəriyyəti 2022-ci il oktyabrın 18-də Yeyskdə “Su-34” bombardmançısının yaşayış binasının üzərinə düşməsi zamanı olub. Həmin hadisədə üçü uşaq olmaqla, 15 nəfər həlak olub. Oktyabrın 23-də İrkutskda “Su-30” qırıcısı fərdi yaşayış evinin üzərinə düşüb. İki pilot həlak olub, mülki əhali arasında itki qeydə alınmayıb. Həmin ildə Leninqrad vilayətində və Primoryedə 2 ədəd “MiQ-31” qırıcısı qəzaya uğrayıb. Elə həmin ildən TASS hadisələrin illik xülasəsində ölənlərin sayını göstərməyi dayandırıb.

2023 (6 ay) - 4 fəlakət. Belə ki, bu il Murmansk vilayətində və Kamçatkada “MiQ-31”lər qəzaya uğrayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR