İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya “Şirvan” brendinin qeydiyyatından imtina etdi

"Rospatent AzAbrau" (Rusiya “Abrau-Dürso” şərab konserninin Azərbaycandakı törəmə şirkəti) tərəfindən "Shirvan" ticarət markasının Rusiyada qeydiyyata alınması ilə bağlı müraciəti rədd edib.

Musavat.com xəbər verir ki, bu barədə “Kommersant” xəbər yayıb.

Qurumun qərarında bildirilir ki, Şirvan Azərbaycanın tanınmış şərabçılıq bölgəsidir və bu adın konkret şirkətə məxsus brend kimi rəsmiləşdirilməsi istehlakçını çaşdıra bilər.

Mütəxəssislər qeyd edirlər ki, şirkətin məhkəmə yolu ilə də bu ada inhisar hüququ qazanması çox çətin olacaq. Çünki coğrafi mənşə adlarının kommersiya brendi kimi monopoliyalaşdırılması praktikada nadir hallarda qəbul olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR