İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya separatçı Dnsetryanının qazını kəsir

“Qazprom” yanvarın 1-dən “Moldovaqaz” ASC-yə qaz tədarükünü dayandırır.

Musavat.com şirkətin yaydığı açıqlamaya istinadən xəbər verir ki, səbəb kimi Moldova tərəfinin qaz tədarükünə görə borcunu ödəməkdən imtina etməsi göstərilir.

Rusiya şirkətinin açıqlamasına əsasən artıq Kişinyova bununla bağlı bildiriş göndərilib. Bildirişdə Moldova tərəfi qaz alqı-satqısına dair müqavilənin tələblərini pozmaqda ittiham olunur: “Bununla əlaqədar olaraq, müqavilənin müddəalarına və Rusiya qanunvericiliyinin tətbiq olunan normalarına əsaslanaraq, “Qazprom” SC 2025-ci il yanvarın 1-də Moskva vaxtı ilə saat 8:00-dan etibarən Moldova Respublikasına təbii qazın tədarükünə 0 kubmetrədək məhdudiyyət tətbiq edir. Məhdudiyyət "Qazprom" ASC Moldovaqaz ASC-yə əksini yazılı şəkildə bildirənə qədər qüvvədə olacaq".

“Qazprom” iddia edir ki, təchizatı dayandırmaqla yanaşı, “Moldovaqaz"dan kompensasiya və cərimə tələb etmək hüququ var. Qeyd edək ki, 2021-ci ildə Moldova hakimiyyəti “Qazprom”la Kişinyovun qaz borcunun auditini aparmaq barədə razılığa gəlib. Moldovanın seçdiyi məsləhətçilər “Qazprom”un hesabladığı 709 milyon dollar borcu şübhə altına alıb və ölkə rəsmiləri cəmi 9 milyon dollar ödəməyə hazır olduqlarını bildiriblər.

Noyabrda Moldovanın energetika naziri Viktor Parlikov Moskvada konsernin rəhbəri Aleksey Miller ilə qaz təchizatını müzakirə edib. Görüşdən sonra "Qazprom"un açıqlamasında qeyd olunub ki, görüşdə həm təchizat, həm də borclar müzakirə edilib.

Rusiya qazının Moldovaya tədarükü 2024-cü ildə başa çatacaq Ukrayna ərazisindən tranzit müqaviləsi əsasında həyata keçirilib. Kiyev qəti şəkildə bəyan edib ki, Rusiya qazının tranziti ilə bağlı sazişin müddətini uzatmaq niyyətində deyil. Bir müddət əvvəl Rusiya qazının “Türk axını” vasitəsilə Bolqarıstan və Rumıniya üzərindən Moldovaya nəqli perspektivləri barədə məlumat verilib.

“Qazprom”un açıqlamasına cavab olaraq “Moldovaqaz” bəyan edib ki, Rusiya şirkətinin verdiyi qaz istisnasız olaraq Moskvanın əlaltısı olan Dnsetryanı bölgəsinə gedib: “Qeyd edək ki, 2022-ci ilin dekabr ayından etibarən “Qazprom” ASC tərəfindən verilən sutkada 5,7 milyon kubmetr həcmində bütün təbii qaz “Moldovaqaz” ASC tərəfindən Moldova Respublikasının Dnestryanı bölgəsinə ötürülüb. Dnestr çayının sağ sahillərinin istehlakçıları üçün qaz regional və Avropa bazarlarında alınıb. Hazırda ölkə 2025-ci ilin mart ayının sonuna qədər Dnestrin sağ sahilinın bütün istehlakını tam ödəyəcək qaz ehtiyatlarına malikdir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR