İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Rəşt-Astaraya görə İrana verdiyi kreditin faizini ikiqat azaldıb – İranlı nazir

Rusiya tərəfi Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsi olan Rəşt-Astara dəmir yolunun tikintisi üçün İrana verilən kreditin dərəcəsini iki dəfə azaldıb.

Musavat.com xəbər verir ki, bunu İranın yollar və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadə deyib:

"Rusiya ilkin olaraq bizə illik 6 faizlə kredit təklif etsə də, danışıqlar nəticəsində bu rəqəm 3 faizə endirilib. Layihənin ümumi dəyəri, müqaviləyə əsasən, 1,6 milyard avrodur. Lakin avadanlığın qiymətinin nə olacağını biz bilmirik və buna görə də son xərclərin məbləği hazırda məlum deyil”.

Rusiya tərəfi hələlik bu məlumatı şərh etməyib.

Xatırladaq ki, bu il mayın 17-də Rusiya və İran “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsi çərçivəsində Azərbaycan və İran arasında Fars körfəzinin limanlarına keçidi təmin edəcək Rəşt-Astara avtomobil yolunun birgə tikintisinə dair saziş imzalayıblar. Layihənin ümumi dəyəri 1,6 milyard avro təşkil edir.Sahənin tikintisinə 1,3 milyard avro məbləğində dövlətlərarası kredit ayrılıb. Sənəddə qeyd olunur ki, Moskva və Tehran layihələndirməni, tikintini, eləcə də layihə çərçivəsində xidmət və malların tədarükünü birgə maliyyələşdirəcəklər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR