İnsanlara hürriyət, millətlərə istiqlal!

Odessa yaxınlığında mülki gəmi PARTLADI

Odessa sahillərində mülki gəmi naməlum partlayıcı qurğunun üzərində partlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin sözçüsü Dmitri Pletençuk Ukrayna mediasına açıqlamasında bildirib.

Onun sözlərinə görə, ekipaj üzvləri xəsarət almayıb.

“Biz mülki daşımaların maksimum təhlükəsizliyini təmin etməyə çalışırıq. Lakin bütün tədbirlərə baxmayaraq, bəzən bu kimi hadisələr qaçılmaz olur”, – deyə Pletençuk vurğulayıb.

Onun sözlərinə görə, gəmi hazırda yoxlanılır və ehtimal ki, öz gücü ilə hərəkətini davam etdirəcək.

Odessanın “Dumskaya” nəşri isə yazır ki, zədələnən gəmi Beliz bayrağı altında üzən NS PRIDE adlı quru yük gəmisidir.

Hadisə Çornomorsk limanında qeydə alınıb. Mənbələrin iddiasına görə, bir gün əvvəl vurulan “şahed”in partlamamış fraqmenti gəminin altında işə düşüb.

Xatırladaq ki, avqustun 31-nə keçən gecə Rusiya ordusu Odessa vilayətinə PUA-larla hücum edib. Ən çox zərər Çornomorsk şəhərinə və ətraf ərazilərə dəyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR