İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail “Hizbullah” mövqelərinə zərbə endirdi

 İsrail ordusu bu gün səhər saatlarında Livanın cənubunda yerləşən Bufur bölgəsinə hava hücumu həyata keçirib.

Musavat.com xəbər verir ki, rəsmi məlumata görə, zərbələr nəticəsində “Hizbullah”a məxsus hərbi obyektlər və yeraltı qurğular hədəfə alınıb.

İsrail ordusu bəyan edib ki, əməliyyat bölgədə qeydə alınan hərbi fəallıqdan sonra həyata keçirilib və bu, Livanla İsrail arasında mövcud təhlükəsizlik razılaşmalarının pozulması kimi qiymətləndirilir.

Təl-Əviv rəsmiləri vurğulayıblar ki, bu zərbələr İsrailə qarşı “istənilən təhlükəni aradan qaldırmaq” strategiyasının tərkib hissəsidir və əməliyyatların davam etdiriləcəyi bildirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR