Onlayn ictimai-siyasi qəzet
Tv Musavat-ın canlı efirində aparılan müzakirədə REAL Partiyasının sədri Natiq Cəfərli Qarabağa qayıdış prosesinin dövlətin birbaşa məsuliyyəti olduğunu bildirib.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, vətəndaşların Qarabağa sərbəst şəkildə köçməsi üçün şərait yaradılmalıdır:
“Dövlət bunu öz üzərinə götürməlidir. Mən niyə gedib Qarabağa köçə bilmirəm? Əgər biz oraları azad etmişiksə, insanlar üçün də yaşamaq imkanı təmin olunmalıdır.”
Cəfərli qeyd edib ki, azad olunan ərazilərə qayıdış məsələsi yalnız infrastruktur layihələri ilə məhdudlaşmamalı, həm də sosial və iqtisadi mexanizmlərlə dəstəklənməlidir.
Ətraflı verilişdən təqdim etdiyimiz hissədə:
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ