Onlayn ictimai-siyasi qəzet
Sentyabrın 2-də bir qrup separatçı -revanşist qrup İrəvanın mərkəzində keçmiş "artsax"ın müstəqilliyini qeyd etməyi planlaşdırır. Ermənistan hakimiyyəti 8 avqustda Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıb və üçtərəfli Birgə Bəyannaməni imzalayıb. Ermənistanda Qarabağ məsələsini tam gündəlikdən çıxarır və ölkə ərazisində hər hansı bir separatçı hərəkətliliyə yol verməmək öhdəliyi götürüb.
Politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a bildirdi ki, əgər, İrəvanın mərkəzində separatçılar mitinq edərsə, bu, Azərbaycana qarşı növbəti ərazi iddiaları olacaq: "Bunun məsuliyyətini Nikol Paşinyan hökuməti daşıyacaq. Ermənistan hökuməti 2 sentyabrda üzərinə götürdüyü öhdəlikləri necə yerinə yetirdiyi məlum olacaq.
Qeyd edim ki, Ermənistan daim Qərbi Azərbaycan icması ilə bağlı narahatlıqlarını vurğulayıb. Bunu Ermənistana qarşı ərazi iddiaları kimi xarakterizə edib. Rəsmi Bakı Qərbi Azərbaycan icması ilə bağlı müəyyən addımlar atıb. Artıq Qərbi Azərbaycan İcmasının aktiv fəaliyyəti yoxdur. Ermənistan hakimiyyəti İrəvanda "artsax" nümayəndəliyini ləğv etməli və separatçı çağırışlar edənləri cinayət məsuliyyətinə cəlb etməlidir".
Cavanşir ABBASLI
Musavat.com
23 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ