İnsanlara hürriyət, millətlərə istiqlal!

Nadir Qafarzadə açıqladı: "Rusiya hava limanında bizi buna görə saxlamışdılar..."

Müğənni Nadir Qafarzadə bir neçə gün əvvəl Rusiya hava limanında saxlanılmasından danışıb.

Musavat.com xəbər verir ki, bu barədə müğənni sosial media hesabında bildirib:

"Hazırda Moskva şəhərindəyəm, axşam isə Bakıya uçacağam. Bildiyiniz kimi, Rusiyaya gələndə hava limanında 3 saat saxlanılmışdım. Amma təkcə mən deyil, orada qeyri-Rusiya vətəndaşlarının hamısı saxlanılmışdı.

Qeyd edim ki, Rusiyada hava limanında saxlanılma təkcə azərbaycanlılarla bağlı deyil. Əgər sən Rusiya vətəndaşı deyilsənsə, yoxlanılırsan. Barmaq izi yoxlanışı, sorğu-sual və sairə. Əlbəttə ki, müharibə şəraitində yaşayan ölkədə belə də olmalıdır. Gəldiyin ölkənin qayda-qanununa əməl etməlisən. Xoşuna gəlmir, gəlmə, heç kim səni buna məcbur etmir".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR