İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya rəsmiləri Tehranda: Rəşt-Astara müzakirə olunur

Rusiya və İran arasında nəqliyyat layihələrinin həyata keçirilmə müddəti Tehranda İran rəhbərliyi ilə Rusiya baş nazirinin müavinləri Vitali Savelyev və Aleksey Overçukun rəhbərlik etdiyi nümayəndə heyəti arasında danışıqların əsas mövzusu olacaq.

Musavat.com xəbər verir ki, bunu jurnalistlərə Vitali Şavelyev deyib.

O bildirib ki, səfərdən gözləntiləri çoxdur: “İran bizim üçün ilk növbədə strateji tərəfdaşdır və əlbəttə ki, müzakirə edəcəyimiz bir çox ortaq məsələlərimiz var: bu, dəniz nəqliyyatı, avtomobil nəqliyyatı, dəmir yolu nəqliyyatı, hava nəqliyyatı sahəsindədir. Ona görə də səfərdən gözləyirik ki, bizim üçün, hər iki tərəf üçün bu danışıqlar münasibətlərin inkişafında növbəti addımı atmağa imkan verəcək”.

Onun sözlərinə görə, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsi çərçivəsində Rəşt-Astara dəmir yolu hissəsinin tikintisinə başlanılmasının müzakirəsi də planlaşdırılır: “Biz həqiqətən ümid edirik ki, həll yollarını tapa biləcəyik və 2023-cü ildə imzalanmış məsələləri - saziş, hökumətlərarası sazişi həll etməyə davam edəcəyik. Kredit hazırdır, İran tərəfi ilə müzakirə etməli olduğumuz məsələlər var”.

Görüşdən sonra Şavelyev bildirib ki, İran hakimiyyəti ilə Rəşt-Astara dəmir yolu hissəsinin tikintisi ilə bağlı 4 bəndi müzakirə ediblər:

“Biz indi dörd məsələ haqqında danışdıq, onların yerinə yetirilməsi üçün hər iki tərəfə öhdəlik götürmüşük. Danışıqlarımızda ən həssas məsələ torpaq idi. İnfrastruktur layihələrinin həyata keçirilməsində bütün bizim böyük təcrübəmiz var və biz başa düşürük ki, İranla birgə müqaviləmizdə nəzərdə tutulduğu kimi, torpağın tam alınması olmadan torpağın qiyməti kəskin şəkildə arta bilər. İndi sual bu qərarların icrası ilə bağlı qalır”.

Qeyd edək ki, 2023-cü ilin mayında Rusiya və İran Rəşt-Astara dəmir yolunun tikintisi üçün üçün malların və xidmətlərin layihələndirilməsi, tikintisi və təchizatının maliyyələşdirilməsinə dair əməkdaşlıq sazişi imzalayıblar. Yeni dəmiryolu yolu İran və Azərbaycanın, eləcə də digər MDB ölkələrinin dəmir yolu şəbəkələrini birləşdirəcək. Bildirilib ki, Rusiya bu tikinti üçün 1,3 milyard avro məbləğində dövlətlərarası kredit verəcək. Müqavilənin imzalanması zamanı layihənin ümumi dəyəri 1,6 milyard avro həcmində qiymətləndirilirdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR