İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya quru qoşunlarının keçmiş komandanı ölüb

Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunlarının baş komandanı Aleksey Maslov 69 yaşında ölüb.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə A.Maslovun son illər işlədiyi “Uralvaqonzavod” konserni bildirib.

O, Burdenko adına Baş Hərbi Klinik Hospitalda dünyasını dəyişib.

Qeyd edək ki, Aleksey Maslov 2004-2008-ci illərdə Rusiya Federasiyasının Quru Qoşunlarına rəhbərlik edib, daha sonra Rusiyanın NATO-dakı baş hərbi nümayəndəsi olub. 2011-ci ilin oktyabrında hərbi xidmətdən ehtiyata göndərilib. O, son illərdə “Uralvaqonzavod”un hərbi-texniki əməkdaşlıq üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışıb.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR