İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya qırıcıları havaya qalxdı - Yapon dənizində...

Rusiya Müdafiə Nazirliyi iki Tu-95ms tipli strateji bombardmançı və raket daşıyıcı təyyarəsinin Yapon dənizində (Şərq dənizi) 7 saatlıq müntəzəm uçuş həyata keçirdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada təyyarələrin neytral zonada uçduğu bildirilib.

Uçuşu Şərq Hərbi Dairəsi Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının Su-30cm və Su-35s təyyarələri müşayiət edib.

Uzunmənzilli aviasiya pilotları müntəzəm olaraq Arktika, Şimali Atlantika, Qara dəniz, Baltik dənizi və Sakit okeanın neytral suları üzərində uçuşlar həyata keçirirlər. Rusiya Aerokosmik Qüvvələrinin bütün uçuşları hava məkanından istifadə ilə bağlı beynəlxalq qaydalara uyğun olaraq həyata keçirilir.

641973a50f25442b9cd179be.jpg (43 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR