Onlayn ictimai-siyasi qəzet
Ərzaq yüklərinin Xankəndinə Ağdam yolu ilə daşınmasına qərar verən Rusiya əslində Azərbaycana böyük xidmət göstərmiş oldu.
Ermənilər iki məqamı nəzərə almadılar. Onlar bilmədilər ki, prosesin inkişafının hər iki ssenarisində, - yüklərin Xankəndinə buraxılacağı və ya buraxılmayacağa təqdirdə, - Ermənistan və onun müvafiq strukturları uduzmuş olacaq, çünki hamı görəcək və başa düşəcək ki, keçmiş Dağlıq Qarabağa qarşı heç bir blokada-filan yoxdur, çünki Laçın yolu ilə bahəm Bakı daha bir alternativ, Ağdam – Xankəndi yolunu da təklif edir.
Ermənilərin “blokada” haqqında yalanları işə düşən kimi Bakı dərhal ərzaq dolu iki maşını keçmiş Dağlıq Qarabağın erməniləri üçün göndərdi, amma maşınlar düz səkkiz gün Ağdam yolunda qaldı və marionet – oyuncaq Dağlıq Qarabağ rejiminin qərarını gözlədi, amma onları Xankəndinə buraxmadılar. Təxminən eyni hal Rusiya maşınları ilə də baş verdi: onlar da, səhv etmiriksə, üç gün oyuncaq Dağlıq Qarabağ “hakimiyyəti”nin qərarını gözlədilər və yalnız bu günlərdə Rusiya maşını Xankəndinə buraxıldı.
Burada adam məşhur bir kəlamı söyləmək istəyir: comedi la finite! Bəli, ermənilərin “Dağlıq Qarabağın blokadada olması” haqqındakı yalanlarının bir fars, yalan maskarad olması bir daha sübut olundu. Lap əvvəldən də buna heç kim inanmırdı, gələcəkdə də inanmayacaqlar. Bu günlərdə ermənilər yalnız keçmiş Dağlıq Qarabağda öz psevdo-seçkilərini keçirə, daha bir oyuncaq “hakimiyyət”lərini seçə bildilər. Onları da heç kim tanımadı və dəstək vermədi. Amma indi aydın oldu ki, niyə görə erməni baş naziri Nikol Paşinyan tələm-tələsik Azərbaycan Prezidenti ilə görüşmək və danışmaq istəyirdi.
Nikol Paşinyan düşünür ki, bu yolla o, vaxt qazanır. İndi növbədə İrəvandakı mer seçkiləridir. Əgər ermənilər qərarlarını dəyişməyiblərsə, bu seçkilər həftə sonu, yəni noyabrın 17-də baş tutmalıdır. Məlum olduğu kim, Nikol paytaxtın ağsaqqallar şurasını sədri olmaq istəyir. Belə fikirlər və mövqelər var ki, guya Paşinyan bilmək istəyir: paytaxt əhli onu və onun siyasətini dəstəkləyir, ya dəstəkləmir? Hərçənd, erməni politoloqları da buna ironiya edir və soruşurlar ki, Nikolun cəmiyyətin dəstəyinə nə ehtiyacı var? Axı o, nə müharibə aparmağa, nə də sülh bağlamağa cəsarət etmir! Belədə isə demək lazımdır ki, nə qədər qəribə olsa da, əhalinin əksəriyyəti hələ də Nikola dəstək verməkdə davam edir. Hazırda keçirilən bütün rəsmi və qeyri-rəsmi sorğular onun başqaları ilə müqayisədə nisbətən üstün reytinqə malik olduğunu göstərir. O da aydın məsələdir ki, əgər ermənilər müharibə istəsəydilər, çoxdan “revanşist müxalifət”in tərəfinə keçərdilər. Amma onlar bunu etməyə tələsmirlər.
Burada bir nüansı da qeyd etmək lazımdır: əgər Nikol tamamilə qətiyyətsiz siyasətçi olsaydı Rusiyaya və onun geosiyasi təlimatlarına qarşı çıxmazdı. Hazırda iki keçmiş müttəfiq arasındakı münasibətlrə çox gərgin bir vəziyyətdədir. Moskvanın xəbərdarlığına baxmayaraq İrəvan ABŞ-la hərbi təlimlər keçirir. Bundan başqa, hökumət Beynəlxalq Məhkəmənin Roma statunu ratifikasiya etməyi nəzərdə tutan sənədi də artıq parlamentə göndəribdi.
Hazırda Ermənistan və Rusiya rəsmiləri arasındakı söz dueli davam edir. Oxucu güman ki, bunu bilir: elə bu günlərdə Rusiya XİN-nin və hökumətinin sözçülərilə Ermənistan parlamentinin spikeri arasında əsl söz atışması olmuşdu və bu cür halar bu gün də davam edir.
O ki qaldı Nikolun Azərbaycanla bağlı gündə bir fikrə düşməsinə, burada yaxın və uzaq məqamlar var. Yaxın məqam İrəvandakı seçkilərlə bağlıdır. Uzaq məqam isə budur ki, Paşinyan da hər şeydən əvvəl ermənidir, ideyaca əsl daşnakdır..
Amma bir aşkar tendensiyanı sezməmək olmur: Bakının mövqeləri gündən-günə güclənir, getdikcə daha çox ölkə ona dəstək verir. Hazırda belə demək olar ki, Ağdam-Xankəndi yolu bir alternativ kimi reallıqdır və ermənilər də bu yoldan istəfadə etmək məcburiyyətində qalacaqlar. Bu günlərdə başqa bir adam yox, səhv etmiriksə, Rusiya prezidentinin özü dedi ki, Ermənistan Dağlıq Qarabağın Azərbaycanın suveren ərazisi olmasını tanıyıb və tanımalıdır. Beləliklə, bir vaxt ermənilərə açılan bütün qapılar indi bağlanır və “hər şeyə qadir erməni lobbisi” haqdakı mif də yoxluğa çəkilir.
Burada ölkəmizin son günlərdəki siyasi gündəminin daha bir detalını nəzərinizə çatdırmaq istərdik. Siyasi müşahidəçilər soruşurdu ki, Dağlıq Qarabağdakı ermənilərə separatçılar deməklə biz düzmü hərəkət edirik? Bu otuz il ərzində Azərbaycan Ermənistanın təcavüzünə məruz qalıb və Qarabağdakı oyuncaq “xunta”nı da İrəvan yaradıb və hal-hazırda da ona dəstək verməkdə və onu maliyyələşdirməkdədir.
Düşünürüki, bu həqiqət artıq hamıya məlumdur və Azərbaycandakı “erməni separatizmi” digər ölkələrdəki separatizmdən onunla fərqlənir ki, o, faktiki olaraq qonşu Ermənistanın Azərbaycana qarşı ərazi iddiasıdır və ona qarşı təcavüzüdür.
Bütün digər normal dövlətlər ərazilərindəki separatizmə qarşı haqlı olaraq çox böyük dözümsüzlük göstərirlər. Əgər bu separatizmin əslində başqa dövlətin aqressiyası olması məlum olsaydı, həmin dövlətlər dərhal təcavüzkar dövlətə qarşı müharibə elan edərdilər. “Qədim Artsax” haqdakı nağıllara gəldikdə isə, onlar da daha əvvəlki “cazibə”sini itirib və daha bu nağıllara heç kim inanmır...
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ