Onlayn ictimai-siyasi qəzet
Yeni araşdırmaya görə, oturaq həyat təkcə fiziki sağlamlığa deyil, həm də beynin quruluşuna mənfi təsir göstərir.
Musavat.com xəbər verir ki, Vanderbilt Universiteti, Pittsburq Universiteti və Seul Milli Universitetinin alimləri tərəfindən aparılan tədqiqatda 50 yaş və üzəri şəxslərin oturma müddəti ilə beyin sağlamlığı arasındakı əlaqə incələnib.
Mütəxəssislər qeyd ediblər ki, hərəkətsiz həyat tərzi Altsheymer və digər demans növləri ilə əlaqələndirilə bilər. Onlar bildiriblər ki, yalnız fiziki məşqlər kifayət etmir - gün ərzində oturulan müddətin də azaldılması vacibdir.
Araşdırma çərçivəsində yaşı 50-dən yuxarı olan 404 könüllü iştirakçı bir həftə ərzində taxdıqları sensor cihazlarla izlənilib. İştirakçıların 87%-i həftəlik tövsiyə olunan fiziki aktivlik norması olan ən azı 150 dəqiqəlik məşqi yerinə yetirsə də, gün ərzində daha uzun müddət oturan şəxslərdə beyin həcminin kiçildiyi müşahidə olunub. Xüsusilə yaddaşla əlaqəli olan hipokampus bölgəsində incəlmə qeydə alınıb. Bu bölgə Altsheymer xəstəliyində ilk zədələnən beyin sahələrindən biri kimi tanınır.
Mütəxəssislər tövsiyə edirlər ki, günün çox hissəsini masa arxasında keçirən və ya ümumilikdə oturaq həyat tərzi sürən insanlar oturma müddətlərini azaltmağa yönəlmiş tədbirlər görməlidirlər.
Musavat.com
24 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ