İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya oyun içində savaş aparır – “Nyu-York Tayms”

Rusiya məşhur video oyun platformalarında da informasiya müharibəsi aparır. Novator.az-ın məlumatına görə, “Nyu-York Tayms” belə yazır. Bir qrup mütəxəssisin araşdırmasına əsaslanan qəzet vurğulayır ki, “Minecraft”, “Roblox”, “World of Tanks”, “World of Warships”, “Fly Corp”, “Armored Warfare” və “War Thunder” proqramlarında Kreml təbliğatının onlarla nümunəsinə rast gəlinib. Mütəxəssislər bu təbliğatı aparanların Rusiyanın dövlət strukturları və siyasi partiyaları ilə əlaqəli adamlar olduğunu bildirir.

Məlumata görə, rusiyalı oyunçular “Minecraft” virtual oyununda Ukraynanın Soledar şəhəri uğrunda döyüş səhnəsi canlandırıb, sonra həmin videonu “Vkontakte” sosial şəbəkəsində də yayıblar.

“Roblox” platformasında istifadəçilərdən biri iyunun 12-si – Rusiya Günü zamanı Daxili İşlər Nazirliyi qulluqçularından ibarət bütöv bir qoşun bölməsini canlandırıb.

May ayında “World of Tanks” oyun platformasında İkinci Dünya müharibəsindəki qələbə münasibətilə Moskvada keçirilmiş ilk hərbi parada çıxarılan tankların oxşarı nümayiş olunub.

“Microsoft” şirkətinin təhlükəsizlik bölməsinin rəhbəri Klint Uotts tədqiqatçılara deyib ki, Rusiyanın “Vaqner” özəl hərbi birləşməsi Ukraynada fəal şəkildə döyüşdüyü aylarda “Discord” sosial platformasında və “Steam” oyun platformasında iş aparıb, adamları müharibəyə cəlb etməyə çalışıb. “Vaqner”in təbliğatı həmçinin özünü yenilməz hərbi qüvvə kimi təqdim etməyə yönəlib.

Kibertəhlükəsizlik üzrə ixtisaslaşmış “ActiveFence” şirkətinin əməkdaşı Tanya Bekker “Nyu-York Tayms”a deyib ki, virtual oyunlar ictimai rəyə, xüsusən gənclərin düşüncəsinə ciddi təsir göstərmək imkanındadır.

“Nyu-York Tayms” xatırladır ki, 2022-ci ildə Dövlət Dumasının bəzi deputatları Rusiya Milli Qvardiyasını (“Rosqvardiya”) hörmətə mindirmək məqsədilə video oyunlara inteqrasiya etmək təklifi irəli sürüblər: “Ancaq təşəbbüsün həyata keçirilib-keçirilmədiyi bilinmir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR