İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ordusu Xersondan çıxmazdan əvvəl ən təhlükəli cinayətkarların qaçmasına şərait yaradıb

Rusiya ordusu Ukraynanın Xerson vilayətini işğal etməsi nəticəsində yerli həbsxanalardan ən təhlükəli cinayətkarlar qaçmasına şərait yaradıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, onların arasında 124 qatil və 11 qadın və uşaq təcavüzçüsü var.

Axtarışda olan məhbuslardan 124 nəfər Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsinin “Qəsdən adam öldürmə”, 81 nəfəri isə 187-ci “Soyğunçuluq” maddəsinin müxtəlif hissələri ilə təqsirli bilinib. Daha 11 nəfər zorlama (152-ci maddə), o cümlədən beşi 14 yaşına çatmamış uşağı zorlamaya görə cəza çəkirmiş.

“Hromadske” jurnalı isə Rusiya qoşunlarının şəhərdən çıxarılmasından sonra istintaq təcridxanasından 457 məhbusun azad edildiyini yazıb. Məhbusların bəziləri könüllü surətdə Ukrayna hərbçilərinə təslim olublar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR