İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ordusu Ukraynanın Sumı vilayətini tamamilə tərk edib

Sumı vilayətinin ərazisi Rusiya ordusundan tamamilə azad olunub.

APA Ukranews.com saytına istinadən xəbər verir ki, bu barədə Ukraynanın Sumı vilayətinin hərbi administrasiya rəhbəri Dmitri Jivitski məlumat verib.

Vilayət rəhbəri bölgədə eşidilən partlayış səslərini Rusiya ordusunun qoyub getdiyi döyüş sursatlarının zərərsizləşdirilməsi prosesi ilə əlaqələndirib.

Jivitski Sumı sakinlərindən yol kənarlarına, meşə zolaqlarına getməməyi, Rusiya hərbi texnikasının qalıqlarına və partlamamış mərmilərə yaxınlaşmamağı məsləhət görüb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR