İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ordusu ŞOK yaşadı: çox sayda pilot öldü

Bu gün Rusiyanın Bryansk vilayətində Mi-8 helikopterlərinin və Su-34 və Su-35 hərbi təyyarələrinin qəzaya uğraması nəticəsində 9 nəfər həlak olub.

Musavat.com "Report"a istinadən xəbər verir ki, Klin rayonunda Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində hər üç ekipaj üzvü həlak olub.

İkinci Mi-8 helikopterinin Uneçski rayonunda qəzaya uğramasından sonra döyüş maşınının daha üç ekipaj üzvü həlak olub. Nijnyaya kəndində Su-34 qırıcı-bombardmançı təyyarəsinin iki pilotu həlak olub. Suretski muravey kəndində qəzaya uğrayan Su-35 qırıcısının pilotu da ölüb.

Qeyd edək ki, bu, rəsmi olaraq təsdiqlənməsə də, teleqram kanalları vasitəsilə vurulan helikopter və döyüş təyyarələri ilə bağlı məlumatlar yayılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR