İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya nüvə bombasına keçir: 1962-nin "soyuq müharibəsi" qapıda - Korotçenkodan qorxulu açıqlama

Hərbi analitik İqor Korotçenko son günlər Qərbin Rusiyaya hücumlarını şərh edib.

Musavat.com xəbər verir ki, ekspert Rusiyanın öz təhlükəsizliyini təmin etmək üçün nüvə silahından mümkün istifadəyə hazırlığı genişləndirməli olduğu qənaətindədir.

TASS-a açıqlamasında hərbi analitik, Milli Müdafiə jurnalının baş redaktoru İqor Korotçenko deyib ki, bəzi Qərb siyasətçilərinin, o cümlədən Polşa müdafiə nazirinin müavini Sezari Tomçik, Fransa prezidenti Emmanuel Makronun Avropa və ABŞ silahlarının Rusiya Federasiyasındakı hədəflərə hücumlarının mümkünlüyü ilə bağlı bəyanatları münaqişənin gərginləşməsinə aparan yoldur:

“Çərşənbə günü “Radio Zet” radiostansiyasında Polşa Milli Müdafiə nazirinin müavini Sezari Tomçik bildirib ki, Polşa hakimiyyəti Rusiya Federasiyasının ərazisindəki hədəflərə hücum üçün Varşavadan verilən silahların Ukrayna tərəfindən istifadəsini məhdudlaşdırmır.  Çərşənbə axşamı Fransa prezidenti Emmanuel Makron Kiyevin Rusiya ərazisindəki hərbi hədəflərə Qərb silahları ilə zərbələr endirməsinə icazə verilməsinin tərəfdarı olduğunu bildirib. Bu, eskalasiya yoludur, çünki açıq şəkildə digər NATO ölkələri də bu və ya digər şəkildə alyansın bir sıra digər nümayəndələrini də buna çağırır. Mənim fikrimcə, biz ikinci Karib böhranına doğru gedirik və faktiki olaraq Qərb eskalasiyanın sürətləndirici pedalına basır”, - Korotçenko bildirib.

Eyni zamanda ekspert qeyd edib ki, Rusiya öz təhlükəsizliyini təmin etmək üçün nüvə silahının mümkün istifadəsinə hazırlığı genişləndirməli və onlardan istifadə doktrinasını bir qədər dəyişdirməlidir:

“Qərb elitaları indi tarixdə Rusiya məsələsini dövlətçiliyimizin parçalanması və məhv edilməsi yolu ilə nəhayət həll etmək üçün unikal şans yarandığını başa düşümürlər. Gələcəyimiz sual altındadır”.

Karib böhranı nədir?

1962-ci il oktyabrın 16-da SSRİ ilə ABŞ arasında gərgin hərbi və siyasi qarşıdurma başladı və bu qarşıdurma sonradan Karib böhranı kimi tanındı. Bu, soyuq müharibənin ən kəskin beynəlxalq böhranlarından biri idi, iki fövqəldövlət nüvə silahı ilə müharibə edə bilərdi. Böhran ABŞ raketlərinin Türkiyədə yerləşdirilməsinə cavab olaraq, sovet orta mənzilli ballistik raketlərinin və qoşunlarının Kubada yerləşdirilməsindən, habelə ABŞ qoşunlarının Kubaya müdaxiləsi təhlükəsindən sonra yaranıb. Danışıqlar nəticəsində SSRİ Kubadan adi silahlar istisna olmaqla, bütün silahları çıxarmağı öhdəsinə götürdü. Birləşmiş Ştatlar Kubanın daxili işlərinə qarışmamağa və onun ərazi bütövlüyünə hörmət etməyə zəmanət verdi.

 

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR