İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya neftinin Polşaya göndərilməsi dayanıb

Rusiyadan Polşaya gələn neft axını dayandırılıb.

APA-nın məlumatına görə, bu barədə Polşanın neft emalı zavodunun rəhbəri Orlen Daniel Obaitek Tvitter səhifəsində məlumat verib.

“Biz xammal təminatını səmərəli şəkildə təmin edirik. Rusiya Polşaya neft tədarükünü dayandırıb, biz buna tam hazırıq. Xammalın cəmi 10 faizi Rusiyadan gəlir və biz onu başqa istiqamətlərdən gələn neftlə əvəz edəcəyik”, - Obaitek yazıb.

Obaitekin sözlərinə görə, son illərdə həyata keçirilən diversifikasiya səmərəli təchizat zənciri yaradıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR