İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya neft sanksiyaları üzündən gündə 170 milyon dollar itirir

Avropa Birliyinin Rusiya neftinə qadağası və Qərbin tətbiq etdiyi 60 dollar/barel qiymət tavanı Kremlə gündə 170 milyon dollardan çox ziyan vurur.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The İnsider” saytı məlumat yayıb.
Sayt bu informasiyasını “Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzi”nin (CREA) məlumatları əsasında verib.

Finlandiyada yerləşən analitik mərkəzin ekspertləri Rusiyanın xam neft ixracı ötən ilin dekabrında 12% azaldığını təsbit edib. Ölkənin xam neft gəlirləri əsasən Qərbin son sanksiyaları səbəbindən 32% azalıb.

Keçən ay Aİ Rusiyadan dəniz neft idxalına rəsmən qadağa qoyub və Rusiya neftinə 60 dollarlıq qiymət həddi tətbiq edib. Sanksiyalar Rusiyaya neftini dünya bazarlarından keçirmək üçün Qərbin nəqliyyat və sığorta xidmətlərindən istifadə etməyə imkan vermir.

Bu məhdudiyyətlər Rusiyanın ən gəlirli ixracat məhsullarından birinin satışının qarşısını alır.

Bloomberg-in məlumatına görə, ölkə 2022-ci ilin son həftəsində neft ixracatında 15 milyon dollarlıq gəlir itirib, indi Rusiyanın alıcıları sırasında sadəcə Çin, Hindistan və Türkiyə qalıb.

Adı çəkilən ölkələr isə sabit qiymət tavanı ilə Rusiya neftinə daha yüksək endirimlər tələb edirlər. Rusiyanın flaqman neft məhsulu hazırda 60 dollarlıq qiymət həddindən aşağı satılır.

CREA hesab edir ki, enerji sanksiyaları ilə bağlı maneələr Rusiyaya gündə 170 milyon dollara başa gəlir. Aİ-nin Rusiyadan bütün neft məhsullarına qadağa qoyacağı təqdirdə itkilər hətta gündə 280 milyon avroya və ya 300 milyon dollara qədər yüksələ bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR