Onlayn ictimai-siyasi qəzet
Rusiyalı milyarder, ölkənin silah sənayesinin öndə gələn isimlərindən Aleksey Zolotaryovun Malta vətəndaşlığına malik olduğu, onun həyat yoldaşının şirkətinin isə Fransada daşınmaz əmlakı olduğu üzə çıxıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The İnsider” saytı məlumat yayıb.
Biznesmenin aktivlərindən biri də Müdafiə Nazirliyindən qara və əlvan metal qırıntılarını (sıradan çıxmış maşın və ya avadanlıqlar) alan “Translom” şirkətidir. Bundan əvvəl şirkət istismardan çıxarılan Rusiya Dəmir Yollarının vaqonlarının utilizasiyası ilə məşğul olubmuş.
“Translom” şirkəti isə öz növbəsində Putinə yaxın olan Rotenberq qardaşlarının qrupuna daxildir
2018-ci ilin sonunda Zolotaryov Malta pasportu alıb. Sahibkarın həyat yoldaşı Fransada Kot d'Azurda bir şirkətə məxsus villanın sahibəsidir.
Üstəlik, Aleksey Zolotaryov hələ də Aİ sanksiyalarına məruz qalmayıb.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ