İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Müdafiə Nazirliyi Ukraynanın əks-hücumunun başladığını AÇIQLADI

Rusiya Müdafiə Nazirliyi iyunun 5-nə keçən gecə Ukraynanın Cənubi Donetsk istiqamətində beş sektorda əks-hücum əməliyyatına başladığını elan edib.

Azpost.info xəbər verir ki, Ukrayna hələ ki bu bəyanatları şərh etmir.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri strateji ehtiyatlardan 23-cü və 31-ci mexanikləşdirilmiş briqadaları döyüşə cəlb edib, onlara digər birləşmələr və bölmələr dəstək verib.

Məlumatda deyilir ki, döyüşə altı mexanikləşdirilmiş və iki tank batalyonu cəlb olunub.

Nazirliyin məlumatına görə, Ukrayna ordusu məqsədlərinə nail ola bilməyib, hücum Şərqi Qüvvələr Qrupunun qüvvələri tərəfindən dayandırılıb.

Məlumatda o da qeyd olunur ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bu müddət ərzində məlum istiqamətdə qabaqcıl komanda məntəqələrindən birində olub.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR