Onlayn ictimai-siyasi qəzet
Rusiyanın ən böyük və dünyada ən çox neft-qaz çıxaran şirkəti “Qazprom” “Moldovaqaz”ın borcuna görə 2025-ci il yanvarın 1-i Moskva vaxtı ilə saat 8:00-dan etibarən Moldovaya qaz tədarükünü tamamilə dayandıracaq.
Musavat.com xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Şənbə günü "Qazprom" “Moldovaqaz”a bildiriş göndərib və orada mövcud müqavilə üzrə ödəniş öhdəliklərinin müntəzəm olaraq yerinə yetirilmədiyini qeyd edib. Şirkətin fikrincə, bu, onun şərtlərinin ciddi şəkildə pozulmasıdır.
“Bununla əlaqədar, müqavilənin şərtlərinə və Rusiya qanunvericiliyinin normalarına uyğun olaraq, "Qazprom" yanvarın 1-i 2025-ci ildə, Moskva vaxtı ilə saat 8:00-dan etibarən Moldova Respublikasına təbii qazın tədarükünə sutkada sıfır kubmetrə qədər məhdudiyyət tətbiq edir”, – “Qazprom”un bəyanatında deyilir. Bildirilir ki, Məhdudiyyət “Moldovaqaz” qərarın dəyişdirilməsi ilə bağlı yazılı bildiriş alana qədər qüvvədə qalacaq.
“Qazprom” həmçinin müqaviləni birtərəfli qaydada ləğv etmək, habelə öhdəliklərin lazımınca yerinə yetirilməməsinə görə “Moldovaqaz”dan dəymiş ziyanı və cərimələri geri almaq hüququnu bəyan edir.
Musavat.com
29 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ