İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya MN: “Ukrayna ordusu yeni istiqamətlərdə hücuma keçməyə çalışır”

“Ukrayna Silahlı Qüvvələri Donetsk, Krasnolimansk və Yujno Donetsk istiqamətlərində hücuma keçməyə çalışır”.

“Report” xəbər verir ki, bu, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, bir gün ərzində Donetsk istiqamətində Ukraynanın 7 hücumu dəf edilib.

Xatırladaq ki, daha əvvəl Ukraynanın Dövlət Sərhəd Xidməti Donetsk vilayətinin Baxmut bölgəsində Rusiya ordusuna məxsus piyada qoşunları məhv etdiklərini açıqlayıb.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR