İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Mariupolu ələ keçirə bilməyib –Pentaqon

Mariupol Rusiyanın zərbələrinə baxmayaraq təslim olmayıb.

APA-nın BBC-yə istinadən xəbərinə görə, bunu Pentaqon rəsmisi Con Körbi deyib.

“Biz Rusiya aviazərbələrinin və artilleriya atəşlərinin Donbasda və cənubda, xüsusilə də Mariupol və ətrafında cəmlənməsini görməyə davam edirik. Ruslar bizim “formalaşdırma” (shaping) dediyimiz işi görürlər, onlar Ukraynanın şərqində daha geniş və aşkar hücumlar üçün şərait yaradırlar”, – o bildirib.

Körbi qeyd edib ki, Rusiyanın artan aqressiyasına baxmayaraq ukraynalılar müqaviməti davam etdirirlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR