Onlayn ictimai-siyasi qəzet
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Kiyev vilayətinin Brovarı rayonuna raket hücumu zamanı mərmi qalıqlarının fərdi evlərin üzərinə düşməsi nəticəsində iki nəfər ölüb.
Musavat.com xəbər verir ki, məlumatı ölkənin Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti yayıb.
Məlumatda bildirilir:
“Bu gecə Brovarı rayonunda fərdi yaşayış binalarının üzərinə raket parçaları düşüb. Üç nəfər ağır yaralanıb. Daha iki nəfər: 35 yaşlı kişi və onun 4 yaşlı oğlu binanın dağıntıları altında qalıblar. Təəssüf ki, onlar axtarış-xilasetmə əməliyyatları zamanı ölü tapılıb”, – Dövlət Xidməti diqqətə çatdırıb.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ