Onlayn ictimai-siyasi qəzet
ABŞ və Rusiya arasında danışıqların növbəti mərhələsi fevralın 25-də baş tutacaq.
Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.
Bildirilib ki, tərəflər yenidən Ər-Riyada görüşəcək.
Ukrayna nümayəndələrinin görüşə dəvət ediləcəyi barədə Tramp heç bir açıqlama verməyib.
İlk görüşdən sonra ABŞ-ın dövlət katibi Marko Rubio bildirib ki, hər iki tərəfin ümumilikdə üç məqsədə nail olmaq barədə razılaşıb: Vaşinqton və Moskva şəhərlərindəki səfirliklərinin fəaliyyətini bərpa etmək, Ukrayna ilə bağlı sülh danışıqlarını dəstəkləmək üçün yüksək səviyyəli bir qrup yaratmaq, daha sıx əlaqələr və iqtisadi əməkdaşlıq imkanlarını araşdırmaq.
Musavat.com
23 Fevral 2025
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ