İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Gürcüstan torpaqlarının qaytarılmasına razılıq verib? - Lavrovun mövqeyi

Xəbər verdiyimiz kimi, hakim “Gürcü arzusu” partiyası ölkəni ərazi bütövlüyünün bərpasına imkan verəcək konstitusiya modelinə keçməyə hazır olduğunu bəyan edib.

Partiyanın təsisçisi Bidzina İvanişvili Telavi şəhərində partiyasının seçki mitinqində çıxışı zamanı belə deyib.

“Oktyabrın 26-da səs çoxluğu əldə etsək, “Gürcü arzusu” komandası ölkəni uzun illərin arzusunu – vahid və güclü Gürcüstanı görmək imkanı verəcək konstitusiya modelinə keçməyə hazırdır”, deyə, İvanişvili bəyan edib.

ggdfsdf.JPG (47 KB)

O, həmçinin vurğulayıb ki, Gürcüstanın ərazi bütövlüyünün bərpası yalnız “sülh yolu ilə, barışıq və qarşılıqlı bağışlama əsasında” mümkündür.

Abxaziya və Cənubi Osetiyanın Gürcüstana qaytarıla biləcəyi ilə bağlı bəyanatına Rusiyanın diplomatik mövqeyi də diqqət çəkir.

“Moskva Gürcüstan, Abxaziya və Cənubi Osetiya arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır, lakin bu istiqamətdə dövlətlərin özlərinin təşəbbüs göstərməsi vacibdir”. Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 79-cu sessiyasının yekunlarına dair mətbuat konfransı zamanı deyib. O qeyd edib ki, bu gün Tbilisi “keçmişdə baş verənləri vicdanla qiymətləndirir”.

“Onlar dedilər ki, “biz tarixi barışıq istəyirik”. Bu barışığın hansı formada, hansı formada baş verə biləcəyinə Abxaziya və Cənubi Osetiya qərar verəcək. Onlar Gürcüstanla qonşudurlar və orada bəzi təmaslar hələ də qaçılmazdır. Əgər bütün tərəflər bu münasibətlərin normallaşdırılmasında, ərazilərə təcavüz etməmək barədə sazişlərin təmin edilməsində maraqlı olarsa, biz kömək etməyə hazır olacağıq” deyə, Lavrov bildirib.

Yada salaq ki. Lavrovun müavini Qaluzun də bir müddət əvvəl deyib ki, Gürcüstan hakimiyyəti Saakaşvilinin kriminal avantürasından dərs çıxarıb, o səbəbdən Abxaziya və Cənubi Osetiyanı dinc yolla geri qaytarmağı qarşısına məqsəd qoyub.

5871f84f21ef9a7ad288925a2e141a4e.png (237 KB)

“Öz tərəfimizdən biz də inanırıq ki, Suxumi-Tiflis -Sxinvali “üçbucağında” normallaşma üçün ilkin şərtlər Gürcüstan mövcud reallıqları qəbul etdikdən və respublikalarla bərabərlik, qarşılıqlı hörmət prinsipləri əsasında münasibətlər qurmağa hazır olduqdan sonra yaranacaq. Bununla əlaqədar, bir tərəfdən Gürcüstan, digər tərəfdən Abxaziya və Cənubi Osetiya arasında güc tətbiq edilməməsinə dair hüquqi təminatların imzalanması, habelə onlar arasındakı sərhədin delimitasiyası məsələsinin sonradan demarkasiya ilə həlli, əsas əhəmiyyət kəsb edir”

Gürcüstan mətbuatı da hakim partiyanın seçkidən sonra Abxaziya ilə konfederasiya məsələsini gündəmə gətirəcəklərini yazıb. Bununla bağlı Rusiya ilə razılığın olduğunu iddia edənlər də var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR