Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) bu qurumda müddətli xidmətə müraciət edən çağırışçıların şəxsi işlərini öyrənə biləcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu, Rusiya Federasiyası hökumətinin qərarında əksini tapıb.
Bundan əvvəl FTX-yə qurumda hərbi xidmət üçün çağırışçıların seçilməsində iştirak etmək hüququ verilib.
"FTX orqanları xidmətin strukturlarında hərbi xidmətin xüsusi vəzifələrini yerinə yetirmək üçün hərbi xidmətə çağırılacaq vətəndaşların seçilməsində, o cümlədən bu cür vətəndaşlar üçün sənədlərə giriş əldə etməklə iştirak edirlər", - Nazirlər Kabinetinin qərarında bildirilir.
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ