İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ərdoğanın hakimiyyətdə qalmasını istəyir

İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlunun həbsindən sonra Türkiyədə daxili vəziyyətin gərginləşməsi dünyada da ciddi izlənilir. ABŞ Dövlət Departamentinin sözçüsü İmamoğlu həbs edilən gün “biz başqa ölkələrin daxili qərar qəbuletmə proseslərini şərh etmirik” deyib. Yada salaq ki, bir neçə gün əvvəl ABŞ prezidenti Donald Tramp Ərdoğanla telefonla danışıb. İddialara görə, ABŞ açıq şəkildə Türkiyənin daxili işinə müdaxilə etməyəcəyini bildirib. Avropa İttifaqı isə “Ukrayna bataqlığında” ilişib qalıb, ona görə Türkiyədəki vəziyyət onun üçün aktual deyil.

Rusiya isə Türkiyədə həmişə legitim hakimiyyəti dəstəkləyir.

Musavat.com xəbər verir ki, türkoloq Polina Bekker pravda.ru-ya şərhində belə deyib. Onun sözlərinə görə, Kreml 20 ildir ki, Ərdoğanla işləyir və ondan nə gözlədiklərini bilirlər, amma hakimiyyətə yeni şəxs gələrsə, onunla da eyni anlaşma olacağını demək olmaz. "Əgər Türkiyədə hakimiyyıtə yeni şəxs gəlsə, Rusiya onunla ikitərəfli xarici siyasətimizi yenidən qurmalı olacağıq. Ona görə də Ərdoğanın təbii ki, qalması Rusiya üçün sərfəli olardı. Amma onun yaşını da mütləq nəzərə almalıyıq.

Rusiya hələ də yeni türk liderinə alışmalı olacaq. Ərdoğanın Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbərlik etdiyi hakim koalisiya 2019-cu ildən bəri böyük şəhərlərdə keçirilən yerli seçkilərdə davamlı olaraq mövqelərini itirir. İstanbul, Ankara, İzmir artıq ona aid deyil. Siyasi meydanı təmizləmək üçün nə qədər açıq cəhdlər olsa, Ərdoğanın növbəti seçkilərdə qalib gəlməsi bir o qədər çətin olacaq, xüsusən də Türkiyə iqtisadiyyatı çoxdan pis vəziyyətdə olduğu üçün” deyə, ekspert deyib.

2195622_five-1.jpeg (88 KB)

Amma türkoloq onu da əlavə edib ki, hətta növbəti seçkilərdə qlobalist siyasətçi hakimiyyətə gəlsə, Ərdoğanla Rusiya üçün vacib olan layihələri ləğv edəcəyi, məsələn, “Türk axını”nı bağlayacağı və ya sanksiyalar tətbiq edəcəyi ilə bağlı narahatlıqlar daha yoxdur. Çünki indi Qərb parçalanıb və Türkiyədə seçkilər keçirilənədək(2028) tarixədək “liberal-qlobalistlər mövcudluğunu dayandıracaq”.

“Beynəlxalq oyunçular Türkiyədəki vəziyyətə qarışmayacaq. Prezident Ərdoğan İmamoğlunu zərərsizləşdirmək üçün mükəmməl anı seçib”.

Müasir Türkiyəni Araşdırma Mərkəzinin direktor müavini Fəridun Usmanov açıqlamasında Vaşinqtonun Türkiyədəki hadisələrdə əli olduğuna inanmadığını deyib. O, Türkiyə iqtidarına yaxın medianının ana müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasına Soros Fondunun dəstək verə biləcəyinə işarə etdiyini yada salıb.

“Türkiyədə prezident seçkiləri ilə niyə belə tez gündəmə gəlməsinin səbəbi hazırkı beynəlxalq vəziyyətdir. Amma üç ildən sonra müxalifətin yeni, vahid və populyar namizədinin hazırlanıb-hazırlanmayacağı ilə bağlı proqnoz vermək hələ tezdir” deyə, o bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR