Onlayn ictimai-siyasi qəzet
Rusiya 2023-cü ildə boru kəməri qazının ixracını 29,9% azaldaraq 99,6 milyard kubmetrə çatdırıb.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak Federasiya Şurasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2022-ci ildə ixrac 142,1 milyard kubmetr təşkil edib.
Baş nazirin müavini senatorlarla “Açıq dialoq”da çıxışında deyib ki, Rusiyanın dost ölkələrə enerji tədarükü 2021-ci ildəki 40%-dən 2023-cü ildə 85%-ə çatdırıb.
Rusiyanın daxili bazarı hazırda neft məhsulları ilə tam təmin olunub. Ötən ilin payızında hökumətin həyata keçirdiyi tədbirlər nəticəsində yanacaq bazarında vəziyyəti sabitləşdirmək mümkün olub.
Novak əlavə edib ki, 2030-cu ilə qədər Rusiya istehsalçıları əlavə olaraq 30 milyon ton yüksək ekoloji təmiz dizel yanacağı və 5 milyon ton benzin istehsalına başlamalıdırlar.
2023-cü ildə Rusiyadan neft ixracı 3,3% azalaraq 234,3 milyon tona düşüb. 2022-ci ildə 242,2 milyon ton təşkil edib. Yeni rayonlarda mütəxəssislər tərəfindən 3000-dən çox elektrik şəbəkəsi infrastruktur obyekti bərpa edilib.
Afaq,
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ