İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva Paşinyanı küncə sıxdı – “Ya Aİİ-dən çıx, ya da sanksiyalara hazır ol”

Rusiya ilə Ermənistan arasında ciddi gərginlik yaşanır.

Musavat.com xəbər verir ki, Rusiyanın vitse-premyeri Aleksey Overçuk İrəvana səfəri çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla kəskin dialoq aparıb.

Erməni mətbuatı – "Hraparak" qəzeti hökumət mənbələrinə istinadla yazır ki, Moskva “Vaşinqton bəyannaməsi”nin Avrasiya İqtisadi İttifaqının əsas prinsiplərinə, xüsusilə də vahid gömrük nəzarəti qaydalarına zidd ola biləcəyindən narahatdır.

Məlumata görə, rus tərəfi Paşinyanı açıq şəkildə xəbərdar edib: əgər Ermənistan gömrük orqanları Aİİ çərçivəsində üzərinə düşən nəzarəti həyata keçirməsə, ölkə ciddi problemlərlə üzləşəcək.

Qəzet yazır ki, Paşinyanın qarşısında indi iki yol var: ya Ermənistanı Aİİ-dən çıxarmaq, ya da sanksiyalarla üzləşib, ardınca təşkilatdan kənarlaşdırılmaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR