İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Teatr əməkdaşlarını izləmək üçün KQB üsuluna keçir – 21 milyon rublluq proqram

Ruisyada, məşhur Böyük Teatrın rəhbərliyi işçilərin xidmət kompüterlərindəki fəaliyyətini izləyəcək InfoWatch Traffic Monitor adlı proqramın quraşdırılması barədə müqavilə imzalayıb.

Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın müstəqil mediası məlumat yayıb.

“Sistem” layihəsinin məlumatına görə, bunun üçün 21,6 milyon rubl xərclənəcək və proqram 500 qurğuda işləyəcək.

Yeni sistem hər bir əməkdaş üçün ayrıca “kartoteka” yaradacaq və orada aşkar edilmiş “anomal davranışlar” qeyd olunacaq. “Anomaliya” hesab edilən hallara yazışmalarda söyüş işlətmək, rəhbərlik barədə mənfi fikir bildirmək, yeni iş axtarmaq, Ukrayna müharibəsi ilə maraqlanmaq və siyasi baxışlar daxildir. Amma konkret hansı baxışların şübhəli sayıldığı açıqlanmayıb.

Məlumata görə, proqram sosial şəbəkələrdə, messencerlərdə və brauzerdə aparılan bütün fəaliyyəti gizli şəkildə kopyalayacaq, həmçinin işçinin kompüterdə yazdığı hər bir mətnin qeydini aparacaq.

InfoWatch Traffic Monitor proqramı Müdafiə Nazirliyi, “Rostex” və iri banklarla əməkdaşlıq edən “İnfovoç Laboratoriyası” şirkəti tərəfindən hazırlanıb. Şirkət “Kaspersky Lab”ın təsisçilərindən biri olan Yevgeni Kasperskinin keçmiş həyat yoldaşı Natalya Kasperskaya məxsusdur. Bu ilin yayında Kasperskaya Kanadanın sanksiyalar siyahısına salınıb. Daha əvvəl isə Rusiyanın müxalif Korrupsoyya qarşı mübarizə fondu onu “müharibənin əsas qızışdırıcıları” siyahısına daxil etmişdi.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR