İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukrayna müharibəsində nə qədər itki verib? - TÜKÜRPƏDİCİ RƏQƏMLƏR

2025-ci il fevralın 11-dən, ABŞ və Rusiya arasında Ukraynada müharibəyə son qoymaq üçün rəsmi danışıqların başladığı vaxtdan bəri ən azı 11 250 rus əsgəri həlak olub.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, BBC və "Mediazona"nın, eləcə də könüllülər qrupunun məlumatlarına əsasən, ümumilikdə Ukraynadakı müharibədə həlak olan 124 832 rus əsgərinin adı müəyyən edilib.

Qeyd edilir ki, 2023-cü ildə onların payı ümumi itkilərin cəmi 14%-ni təşkil edir. Müəyyən edilmiş ölənlərin təxminən üçdə biri könüllülərdir. Müharibədə həlak olanların daha 14,5%-i keçmiş əsirlərdir.

Ölənlərin təxminən 11%-i səfərbər edilənlərdir. Eyni zamanda, nekroloqlar həmişə mərhumun vəziyyətini dəqiq əks etdirmir. Bu səbəbdən mərhumun könüllü və ya səfərbər olmasını müəyyən etmək mümkün deyil.
Rusiya zabitlər arasında itki verməkdə davam edir. İşğalın əvvəlindən avqustun 22-dək ümumilikdə 5621 nəfər zabit həlak olub. Onların arasında 12 general da var.

İtkilərin real miqyası açıq mənbələrdə qeyd olunanlardan xeyli yüksəkdir. Hərbi ekspertlərin hesablamalarına görə, Rusiya qəbiristanlıqlarının, memoriallarının və nekroloqlarının təhlili ölənlərin ümumi sayının yalnız 45-65%-ni əks etdirir, - jurnalistlər bildiriblər.

Səbəb kimi ölənlərin çoxunun cəsədlərinin döyüş meydanında tərk edilməsi olduğu bildirilir, çünki onların təxliyəsi pilotsuz uçuş aparatlarına qarşı həssas olan əsgərlər üçün riskdir. Beləliklə, Rusiya tərəfində ölənlərin sayı 192 049-dan 277 404 nəfərə qədər dəyişə bilər.

Hesablamaya qondarna “DXR” və “LXR” birləşmələrinin tərkibində Ukraynaya qarşı döyüşlərdə iştirak edənlər daxil edilərsə, müharibə zamanı ölənlərin ümumi sayı əhəmiyyətli dərəcədə daha 20 min nəfər arta bilər.

2022-ci ilin dekabr ayından etibarən “ DXR”-in hakimiyyət orqanları itkilər haqqında məlumat dərc etməyi dayandırıb. “LXR” isə heç vaxt belə məlumatları açıqlamayıb. Toplanmış məlumatlara əsasən, Rusiya qüvvələri arasında ölənlərin ümumi sayının 213 049 ilə 300 904 nəfər arasında dəyişdiyi güman edilir.

Ukraynanın müharibədə nə qədər itki verdiyi barədə hələlik səhih hesabat açıqlanmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2025

22 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR