İnsanlara hürriyət, millətlərə istiqlal!

Revanşist Poqosyan: TRIPP hələ kağız üzərindədir – Rusiya və İran gözləmə mövqeyindədir

Ermənistanın revanşist dairələrinin nümayəndəsi, daim Azərbaycana qarşı düşmən mövqeyi ilə seçilən politoloq Beniamin Poqosyan ABŞ-ın təşəbbüsü ilə gündəmə gətirilən TRIPP layihəsi barədə açıqlama verib.

Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Onun sözlərinə görə, nə Rusiya, nə də İran bu layihədən məmnundur və hələlik gözləmə mövqeyi tutur.

Poqosyan bildirib ki, İranda müxtəlif dairələr, xüsusilə də “Sepah”a yaxın çevrələr sərt açıqlamalarla çıxış ediblər. Revanşist erməni ekspertin fikrincə, Tehran heç vaxt “Zəngəzur dəhlizi” və ya Poqosyanın təbirincə “Tramp koridoru”na razılıq verməyəcək.

Rusiyanın reaksiyası isə, Poqosyanın bildirdiyinə görə, əvvəlcə neytral səslənsə də, sonradan dəyişib. Moskva açıq şəkildə narahatlığını bildirib. Xüsusilə Ermənistan–İran sərhədində ABŞ-ın istənilən formada iştirakı Rusiya üçün qəbuledilməz sayılır. Çünki bu sərhəd 1992-ci il müqaviləsinə əsasən rus sərhədçilərinin nəzarətindədir. Digər tərəfdən, Ermənistanın Avrasiya İqtisadi İttifaqının üzvü olduğu bir şəraitdə ABŞ şirkətinin gömrük və tranzit məsələlərinə qarışması Moskvanın maraqlarına ziddir.
Poqosyana görə, TRIPP hazırda sadəcə “deklarasiya”dır, heç bir hüquqi qüvvəsi yoxdur. Onun sözlərinə görə, amerikalılar real addımları yalnız 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra ata bilərlər. Yəni layihənin taleyi hazırkı hakimiyyətin taleyi ilə birbaşa bağlıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR