Onlayn ictimai-siyasi qəzet
Ukraynanın Kursk bölgəsindəki uğurlarına baxmayaraq, Rusiya üçün bu əraziləri öz nəzarətinə qaytarmaq “ikinci dərəcəli vəzifə” ola bilər.
Musavat.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” Karnegi Mərkəzinin baş elmi işçisi Tatyana Stanovayaya istinadən yazır.
Onun fikrincə, Rusiyanın daha mühüm strateji hədəfi var - Donetsk regionunda irəliləmək.
Stanovaya hesab edir ki, Moskvada Kursk vilayətindəki vəziyyətlə bağlı xüsusi panika yoxdur. Onun sözlərinə görə, Putin Ukraynanın hücumunun onun daha geniş strateji hesablamalarına çox təsir edəcəyini düşünmür.
Bu hesablamanın mərkəzində “danışıqlara gedən yolu Rusiyanın xeyrinə asanlaşdırmaq üçün bütün Donetsk vilayətinin ələ keçirilməsi və nəticədə Ukrayna hökumətinin süqutu dayanır”.
Buna görə də, Rusiya hərbçiləri Kurskda vaxt itirmək istəmirlər.
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ