İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya beynəlxalq hüquqa yenə dil uzatdı - Postsovet ölkələrinə növbəti hədə

Duma Baltikyanı ölkələr və Ukraynanın müstəqilliyini tanımaya bilər?; Ekspert: “Moskva buna getsə, qarşısında 28 NATO dövlətini görəcək...”

Ukraynaya qarşı hərbi təcavüzünü davam etdirən Rusiya eyni zamanda digər postsovet ölkələrinə hədələri davam etdirir. Bu da növbəti fakt - “Rusiya gələcəkdə üç ölkənin: Latviya, Estoniya və Ukraynanın müstəqilliyinin tanınmasını geri götürə bilər”.

“Yeni Müsavat” xəbər verir ki,  Dövlət Dumasının deputatı Yevgeni Fyodorov belə deyib. O, Litva ilə bağlı isə əvvəlki təşəbbüsünü bu cür şərh edib: “Biz Litva ilə yenicə başlamışıq. Və aydındır nəyə görə. Litva Kalininqrad bölgəsi ilə bağlı vəziyyət, NATO və ABŞ ilə qarşıdurma baxımdan Rusiya üçün daha təhlükəli ölkədir. Buna görə də indi Litva daha vacibdir, lakin o demək deyil ki, biz bununla dayanacağıq. Mexanizm işləndikdən sonra biz onu NATO-nun digər əraziləri üçün də tətbiq edəcəyik. Həm də təkcə NATO yox. Məsələn, elə Ukrayna. O da qeyri-qanuni şəkildə SSRİ-nin tərkibindən çıxıb”.

Qəribədir, deputat eyforiyaya qapılıb, yoxsa havalanıb? SSRİ tərkibindən “qeyri-qanuni çıxmaq” nə demək? SSRİ-nin sonuncu konstitusiyasına görə (6-cı bənd) hər bir müttəfiq respublikanın İttifaq tərkibindən çıxmaq hüququ var idi. RSFSR-in özü də 1990-cı ildə Müstəqillik Haqda Konstitusiya Aktı qəbul edib. Aydındır ki, Rusiya SSRİ-nin hüquqi varisi olduğu üçün belə hədələr səsləndirir. Ancaq keçmiş sovet respublikalarının BMT-yə, ATƏT-ə, Avropa Şurasına, Avropa Birliyinə, NATO-ya, İƏT-ə, Qoşulmama Hərəkatına və s. təşkilatlara üzvlükləri necə olsun? Rusiya doğrudanmı belə bir avantürist yola da baş vura bilər? Baş vurarsa, hansı hüquqi nəticələri olar?

Rusiya Ukraynada biabırçı bir formada məğlub olacaq" - Qabil Hüseynli »  Azxeber.com Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

Qabil Hüseynli 

Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, yalan Putin komandasının təbliğatında əsas yer tutur: “Lavrov da bəyanat verir ki, Rusiya heç kimə hücum etməyib. Amma körpə uşaq da bilir ki, rus ordusu Ukraynaya soxularaq şəhərləri dağıdır. İndi bu deputat da ağzına gələni danışmaqdadır. Sadəcə,  Fyodorov unudur ki, Latviya və Estoniya NATO ölkələridir, Avropa İttifaqının üzvləridirlər”.

Q.Hüseynli xatırlatdı ki, Molotov-Ribbentrop paktına uyğun olaraq, SSRİ bu respublikaları işğal etmişdi: “Tarixi bir az araşdırsaq, keçmiş SSRİ-nin Baltikyanı ölkələrə qarşı cinayətləri üzə çıxar. İndi Duma üzvü həmin ölkələrin müstəqilliyini tanımarıq deməklə özünü gülünc vəziyyətə qoyur. Dünyada bir dövlətin müstəqilliyini hansısa ölkə tanımaya bilər, buna görə fəlakət olmur ki?! Əgər belə çıxışlarla bu dövlətləri qorxutduqlarını hesab edirlərsə, həddindən artıq sadəlövhdürlər. Çünki beynəlxalq münasibətlərin necə təşkil olunduğunu, beynəlxalq hüququn hansı tələbləri olduğunu deyəsən bilmirlər. Bu səbəbdən də Rusiya indiyədək necə qanunsuzluqlar edibsə, indi ona uyğun ”məntiq" irəli sürürlər. Əslində, Duma laqqırtıxanadır, o tribunada bu ölkələrin müstəqilliyinin müzakirəsi əsas sayıla bilməz. Onların müstəqilliyi BMT səviyyəsində tanınıb, nüfuzlu beynəlxalq təşkilatların üzvü seçiliblər. Bu deputatın danışığı isə odla oynamaqdır. Çünki Rusiya həmin ölkələrin müstəqilliyini tanımasa, qarşısında 28 NATO dövlətini görəcək".

Oxu.az - Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma  Ermənistanda türk görmək istəmirlər”

Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədovanın fikrincə, Putinin özünü I Pyotrla müqayisə etməsi rus siyasətçilərini ürəkləndirib. Onun sözlərinə görə, Kreml başçısı Rusiya imperiyasının keçmiş ərazilərinin bərpasına eyham vurmuşdu, onun nümayəndəsi Medinski də işarə vermişdi ki, imperiyanın əraziləri müvəqqəti kiçilib: “Yəni Kremldə oturanların iştahı böyükdür və Rus İmperiyasının keçmiş ərazilərini qaytarmaq həvəsindədir. Lakin bunu həvəs adlandırardım, reallıq hissindən tamamilə uzaqdır. Dünya dəyişir, yeni geosiyasi nizam qurulur və bu səhnədə zəifləmiş Rusiyanı görmək istəyirlər. Belə olan halda Rusiyanın taqəti qalmayacaq ki, Baltikyanı ölkələri hədələsin, Ukraynanın müstəqilliyini tanımasın, Finlandiyaya diş qıcasın. Yəni 4 aydır Donbasda ilişib-qalan rus ordusu postsovet məkanına o dərəcədə təsir edə bilməyəcək. Sadəcə, Duma üzvləri verilən bəyanatlardan irəli gələrək dil çıxarıblar. Misal üçün, Medvedev də son günlər fəaldır. Hətta iki ilə Ukrayna adlı dövlətin mövcud olmayacağını söyləyir. Bu açıqlamalar ardıcıllıq daşıyır, indi də deputat hədələməyə çalışır, Jirinovskinin əvəzləyiciləri meydana çıxıb. Məqsəd postsovet ölkələrinin gözünü qırmağa hesablanıb”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR