İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Belarusda əlavə qoşun yerləşdirməyə hazırlaşır – kəşfiyyat məlumatı  

Ukrayna kəşfiyyatı Rusiyanın bu il Belarus ərazisinə hərbi qüvvələr göndərməyə hazırlaşdığını açıqlayıb. Məlumata görə, Moskva bunu hərbi təlimlər adı altında edəcək.

Musavat.com xəbər verir ki, məlumatı @dmytrogordon_official teleqram kanalı yayıb. Ukrayna rəsmiləri qeyd edirlər ki, bu ssenari 2022-ci ildə Rusiyanın Ukraynaya tammiqyaslı hücumundan əvvəl tətbiq edilən taktika ilə eynidir. Həmin vaxt Rusiya Belarusda hərbi təlimlər keçirdiyini iddia edirdi, lakin sonradan bu qoşunlar Ukraynaya qarşı döyüş əməliyyatlarına cəlb edildi.

Hazırda rəsmi Minsk bu iddialara münasibət bildirməyib. Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko əvvəllər də Rusiyanın Ukrayna müharibəsində birbaşa iştirakı üçün Belarus ərazisindən istifadə etməsinə icazə vermişdi.

Ukrayna tərəfi və Qərb ölkələri bu iddianı ciddi qəbul edərək Belarusdakı hərbi fəaliyyətləri yaxından izləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR