İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Avropanın Milad bayramını BELƏ TƏBRİK ETDİ - SKANDAL VİDEO

Rusiya prezidenti Vladimir Putinin Ukrayna müharibəsi ilə bağlı Qərbin sanksiyalarına cavab olaraq Avropaya qaz axınını, demək olar ki, dayandırması Aİ ölkələrini son illərin ən böyük böhranına sürükləyib.

Qışa enerji qıtlığının kölgəsində girən Avropa hökumətləri qənaət tədbirləri ilə qışdan əllərində qalan qazla çıxmağa çalışır. Görülən fövqəladə tədbirlər çərçivəsində Avropanın məşhur küçələri bir-bir qaramlığa qərq olur, ictimai obyektlərdə isti su kəsilir, məktəblərdə şagirdlərə adyallar paylanır. Bir çox siyasətçilər vətəndaşlarına örnək olmaq üçün qalın qış sviterləri geyinərək qənaət çağırışları edirlər. Havaların soyuması ilə enerji böhranı daha da dramatikləşib.

Musavat.com xəbər verir ki, Avropadakı vəziyyəti ələ salan Rusiyanın xəbər kanalı Russia Today hazırladığı reklam çarxı ilə bütün Avropaya "səfil Milad' arzulayıb.

Videoçarxda Rusiya qazının kəsilməsi ilə iqtisadi şəraitin pisləşdiyi Avropada bir ailənin ardıcıl üç Milad bayramını necə qeyd etdiyi və 2023-cü ildə avropalıların necə yoxsullaşdığı göstərilir.

Sözügedən videoçarxı təqdim edirik:

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR