Onlayn ictimai-siyasi qəzet
Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin investisiyasından əldə edilən gəlirlərin 1,4 milyard avro məbləğində birinci tranşı avqustun ilk həftəsində Avropa Komissiyasına köçürüləcək.
Musavat.com xəbər verir ki, bunu Aİ diplomatik xidmətinin rəhbəri Josep Borrel Aİ Xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu vəsait Ukraynda hava hücumundan müdafiə sistemləri və mərmilərin alınmasına, eləcə də Ukrayna sənayesindən silah alınması üçün sifarişlərin ödənilməsinə sərf ediləcək.
Qeyd edək ki, bu ilin sonunadək Rusiyanın dövlət aktivlərinin yenidən investisiyasından əldə olunan vergi gəlirləri hesabına Ukraynaya 4 milyard avronun çatdırılacağı nəzərdə tutulur.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ